Azərbaycan neftinin - SON QİYMƏTİ | Eurasia Diary - ednews.net

14 Dekabr, Şənbə


Azərbaycan neftinin - SON QİYMƏTİ

İqtisadiyyat A- A A+
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 22-də 70,74 dollar/barel təşkil edib ki, bu da daha martın 21-ə olan göstəricidən 0,06 dollar/barel azdır.
 
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 70,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel azdır.
 
Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 65,8 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,14 dollar/barel çoxdur.
 
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 68,24 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,08 dollar/barel azdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...