Azərbaycan neftinin - SON QİYMƏTİ | Eurasia Diary - ednews.net

14 Dekabr, Şənbə


Azərbaycan neftinin - SON QİYMƏTİ

İqtisadiyyat A- A A+
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 29-da 70,03 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,83 dollar/barel azdır. Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 29-da 69,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,82 dollar/barel azdır.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 29-da 65,27 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,78 dollar/barel azdır.
 
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 29-da 67,32 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,83 dollar/barel azdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...