Kənd təsərrüfatı naziri Naxçıvana səfər edib

İqtisadiyyat 10:45 11.06.2018
Kənd təsərrüfatı naziri İnam Kərimov Naxçıvana səfər edib.
 
Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazir səfər çərçivəsində muxtar respublikada kənd təsərrüfatının müxtəlif sahələrində həyata keçirilən tədbirlərlə tanış olub, fermer təsərrüfatları ilə maraqlanıb.
 
İ. Kərimov əvvəlcə “Naxçıvan Aqrolizinq” ASC-yə gedib. Məlumat verilib ki, cəmiyyət 2005-ci ilin yanvar ayında fəaliyyətə başlayıb. Ötən dövrdə cəmiyyətin muxtar respublikanın rayonlarında da bazaları yaradılaraq, lazımi texnika və texnoloji avadanlıqlarla təchiz edilib. Bildirilib ki, cəmiyyət fəaliyyətə başladığı dövrdən indiyə kimi müxtəlif adda 2248 müasir texnika və texnoloji avadanlıq alınıb. Gətirilən texnika və texnoloji avadanlıqların 1752-si lizinq yolu ilə torpaq mülkiyyətçilərinə satılıb. Cəmiyyətin ehtiyat hissələri anbarı, təmir sexləri, gübrə anbarları barədə də ətraflı məlumat verilib. O da qeyd olunub ki, cəmiyyətin mərkəzi və rayon bazalarında bitkiçilik və baytarlıq aptekləri də yaradılıb.
 
Nazir Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Kəhrəba” fermer təsərrüfatında da olub. Məlumat verilib ki, təsərrüfatın əkin sahəsində tütün, kartof, sarımsaq, taxıl, eyni zamanda, digər tərəvəz və bostan bitkiləri də əkilib. Əkin zamanı yerli və məhsuldar sortlardan istifadəyə önəm verilib. Yerli şəraitə uyğunlaşdırılmış bitki sortlarının muxtar respublikanın rayon və kəndlərində əkini üçün də yaxşı imkanların olduğu bildirilib.
 
İ. Kərimov Naxçıvan “Bərəkət Toxumçuluq Təsərrüfatı”na da baş çəkib, fəaliyyəti ilə maraqlanıb. Təsərrüfatın bazasındakı texnikaların iş prinsipi haqqında ətraflı məlumat verilib və bildirilib ki, “Bərəkət Toxumçuluq Təsərrüfatı” MMC bu gün məhsul istehsalçılarını keyfiyyətli və məhsuldarlığı yüksək olan toxumlarla təmin edir. Bunun üçün müasir texnika və texnoloji avadanlıqlar alınıb. Eyni zamanda, cəmiyyətin Kəngərli rayonunda geniş əkin sahələri də mövcuddur.
 
Muxtar respublikaya səfəri zamanı İ. Kərimov Babək rayonunda fəaliyyət göstərən “Bərəkət Damazlıq Təsərrüfatı”nda da olub. Bildirilib ki, geniş sahəsi olan təsərrüfat qapalı yem anbarı, avtomatik sağım, açıq havada yemləmə və qaramalın saxlanıldığı sahələrdən ibarətdir. Damazlıq təsərrüfatında hər biri gündəlik 20 litrə yaxın südvermə qabiliyyətinə malik holşteyn-friz, simmental və şves cinslərindən olan inəklər saxlanılır. Təsərrüfatın illik süd istehsalı 900 tondur. Yeni texnologiya hər inəkdən sağılan südün həcminin və keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir.
 
Bildirilib ki, təsərrüfat muxtar respublikada qaramalın cins tərkibinin yaxşılaşdırılmasına mühüm rola malikdir. Burada süni mayalama yolu ilə əldə olunan buzovlar muxtar respublikada fəaliyyət göstərən fermer təsərrüfatlarına satılır ki, bu da xaricdən cins mal-qaranın gətirilməsinə olan ehtiyacın aradan qalxmasına şərait yaradır.
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Hamısı