Dünya Bankından kreditlər alınan layihənin icrasında nöqsanlar aşkarlanıb

İqtisadiyyat 22:48 07.10.2018

Hesablama Palatasının Kollegiya iclasında Dünya Bankından kreditlər cəlb edilməklə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri - II” Layihəsi üzrə vəsaitlərdən istifadəyə dair auditin nəticələri barədə hesabat müzakirə edilərək təsdiq olunub.

Eurasia Diary-nin"Report"a  istinadən verdiyi xəbərə görə, audit 2015-2017-ci illərdə layihə üzrə kredit və maliyyələşdirmə sazişlərinə dair institusional məsələlərin tənzimlənməsi, layihənin icrasına ayrılan kreditlər və dövlət büdcəsi vəsaitlərinin həcmi, strukturu və təyinatı, layihə üzrə satınalmaların və maliyyə əməliyyatlarının aparılmasının müəyyən edilmiş qaydalara və müddətlərə uyğun həyata keçirilməsi, layihənin inkişaf məqsədləri və komponentləri üzrə nəticə göstəriciləri, monitorinq və qiymətləndirməsi məsələlərini əhatə edib.

Auditlə müəyyən olunub ki, tikintisi başa çatmış bəzi şəbəkə və obyektlərin "Azərsu" ASC-yə təhvil-təslim işləri müvafiq qaydada rəsmləşdirilməyib, Lerik, Masallı və İsmayıllı rayonları üzrə su və kanalizasiya şəbəkəsinin qurulması nəticəsində torpaq kateqoriyalarının təyinatının dəyişilməsinə yol verilib.

Layihə çərçivəsində maliyyə əməliyyatları Layihənin Əməliyyat Təlimatına uyğun aparılsa da, Azərbaycan tərəfinin payı olaraq dövlət büdcəsindən müvafiq illər üzrə ayrılmış vəsaitlərin xərclənməsinə dair maliyyə planları tərtib edilməyib, layihənin davamlılığına aid qərar qəbul etmək, eləcə də gələcək sublayihələrin və digər layihələrin, bütövlükdə sektorun fəaliyyətinin yaxşılaşdırılmasına töhfə verə biləcək təcrübələri müəyyən etmək məqsədi ilə Layihənin dövri qiymətləndirilməsi və inkişaf səmərəliliyinə dair Hesabatların tərtib edilməməsi Layihə məqsədlərinin və davamlılığın uyğunluğunun yerinə yetirilmə dərəcəsini müəyyən etməkdə çətinlik yaradıb. Layihənin əhəmiyyətliliyini və məqsədini özündə ehtiva edən sosial-ekoloji və texniki hədəflərin icra səviyyəsinin Layihə müddətinin dövrü olaraq (əlavə iş həcmlərinin artması və tikinti işlərinin yubadılması, təhvil-təslim işlərinin zəif təşkil olunması və s.) uzadılmasına baxmayaraq, tam təmin edilməsi mümkün olmayıb, həmçinin bağlanmış müqavilələrdə digər xərclərin ümumi layihə dəyərinin 13%-17% təşkil etməsi mal-material vahidlərinin qiymətinin ayrı-ayrı layihələrdə əhəmiyyətli dərəcədə fərqlənməsinə səbəb olub.

Dünya Bankının Missiyasının yaddaş qeydlərində bir sıra podratçıların işlərinin tamamlanmasına və sınaq dövrünün keçməsinə baxmayaraq “Azərsu” ASC ilə təhvil-təslim işlərinin rəsmiləşməməsi, görülmüş işlərin davamlılığına və keyfiyyətinə təsir imkanları riskini artırmış olması və Layihə çərçivəsində bu kimi halların davam etməsi içməli suyun xlorlanması üzrə yeni qurğuların bəzi rayonlarda fəaliyyət göstərməməsi, içməli suyun su sisteminə təmizlənməmiş ötürülməsi, bir sıra həyət evlərinin əksəriyyətinin yeni kanalizasiya quyularına qoşulmaması, rayonlarda yağış sularının müvafiq idarəçiliyinin olmaması, yağış sularının kanalizasiya sisteminə axıdılmasının yeni qurğuların istismarına mane olması, torpaq ayırma işlərinin tam rəsmiləşməməsi, layihənin əhatə etdiyi rayonlar üzrə kadastr planlarının hazırlanmaması və s. bu kimi halların ifadə olunması iri maliyyə tutumlu “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri - II” Layihəsində nəzərdə tutulmuş məqsədlərə, inkişaf səmərəliliyinə, davamlılığa, həmçinin keyfiyyət, etibarlılıq və dayanıqlılıq kimi əsas göstəricilərə təsir edən amillər kimi qiymətləndirilə bilər.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək qərar qəbul edib, müəyyən olunmuş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərə dair  qanunvericilklə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi və görülmüş bütün tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə göndərilib. 

Auditin nəticəsi barədə Milli Məclisə məlumat təqdim edilib.

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər” - VİDEO
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
Hamısı