Azərbaycan dünyada ilk dəfə mobil Rezidentlik təqdim etdi

İqtisadiyyat 22:20 24.10.2018

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilə birgə “Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransı: Elektron və Mobil Rezidentlik Proqramının Açılış Mərasimi"ni keçirib. Konfransda dünya tarixində ilk dəfə olaraq qeyri-rezidentə mobil imza – ASAN imza təqdim olunub. Eyni zamanda Azərbaycan Estoniyadan sonra xaricilərə e-rezidentlik təqdim edən ikinci ölkə olub.

Konfransda ticarətin rəqəmsallaşması, iştirakçı ölkələr arasında e-xidmətlərin sərhədlərarası mübadilələrə təsiri və innovativ inkişafın digər aktual mövzuları müzakirə olunub.

Konfransı giriş nitqi ilə açan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, qlobal iqtisadiyyatın gələcəyini texnologiyanın insan həyatına nüfuzu, pulun təkamülü, sərvətlərin bölünməsi, yeni iqtisadi hərəkətverici mühərriklərin işə düşməsi, yaşıl iqtisadiyyat, insanların paylanma coğrafiyası və ticarət paradoksu kimi  amillər müəyyənləşdirir: “Azərbaycan qlobal trendləri nəzərə alaraq dördüncü sənaye inqilabının ruhuna uyğun şəkildə rəqabətədavamlı iqtisadiyyat qurmalıdır. Dünyada ikinci Rəqəmsal Ticarət Qovşağı, ilk mobil rezidentlik və ikinci elektron rezidentliyin Azərbaycanda təqdim olunması ölkəmizin innovativ inkişafa verdiyi töhfələrdir.”

Daha sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri danışıb. O, İqtisadi İslahatlarin Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Azərbaycanın Rəqəmsal Ticarət Qovşaği kimi mövqeyinin tanınmasına dair Anlaşma Memorandumunu xatırladaraq bildirib ki, Azərbaycan bir çox aspektlər, o cümlədən texnoloji baxımdan qərblə şərqi birləşdirən bir məkandır.

Konfransda Estoniya parlamentinin vitse-spikeri Kalle Laanet, Türkiyənin EDAM beyin mərkəzinin rəhbəri Ussal Şahbaz, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov, "Gazinformservice" MMC-nin baş icraçı direktorunun müşaviri Sergey Kiryushkin, Bridgizz-in baş icraçı direktoru Ahmed Larouz və başqaları çıxışlar ediblər.

Sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycriyə Azərbaycanın ilk mobil operatoru Bakcellin şəbəkəsi əsasında hazırlanan mobil rezidentlik və milli geyim hədiyyə olunub. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskasa da ilk dəfə elektron rezidentlik və həmçinin milli geyim təqdim edilib. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli isə video çarx vasitəsi ilə elektron və mobil rezidentliyin əsas mahiyyəti, üstünlükləri və imkanları barədə iştirakçıları məlumatlandırıb.

Qeyd edək ki, qeyri-rezidentlərə elektron imza sertifikatı, həmçinin, elektron və mobil Rezidentlik Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”na əsasən təqdim edilir.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransda ABŞ, Tayland, İsveçrə, Böyük Britaniya, Estoniya, Türkiyə, Mərakeş və s. olmaqla 20-dən artıq ölkədən 200-ə yaxın nümayəndə iştirak edib.

Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransının sponsorları Paşa Bank, Bakcell, eləcə də VISA şirkətləridir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı