"Cənub Qaz Dəhlizi" Aİ bazarı və Xəzər regionu arasında körpü olacaq - Avropa Komissiyası | Eurasia Diary - ednews.net

18 Oktyabr, Cümə


"Cənub Qaz Dəhlizi" Aİ bazarı və Xəzər regionu arasında körpü olacaq - Avropa Komissiyası

İqtisadiyyat A- A A+

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" Avropa Komissiyası üçün prioritet layihələrdən biri olaraq qalır.

Eurasia Diary bildiriri ki, bunu Trend-ə layihənin Avropa İttifaqının təmiz energetikaya keçid strategiyasına uyğunluğu barədə sualı cavablandırarkən Komissiyadan bildiriblər.

Avropa Komissiyasında qeyd ediblər ki, "Cənub Qaz Dəhlizi" Avropa enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır, xüsusən də Avropanın Cənub-Şərqi Avropa və Cənubi İtaliya kimi daha çox zəif hissələrində.

"Biz hamımız Aİ bazarı və Xəzər regionu arasında bu "körpü"dən xeyir qazanacağıq. Son nəticə olaraq məqsədimiz azad ticarət, rəqabət, şaxələndirilmiş tədarük, mənbə və marşrutlara əsaslanan ümumavropa enerji bazarı yaratmaqdır", - deyə Komissiyada bildiriblər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...