Energetika naziri Dünya Neft Şurasının 6-cı Gənclər Forumunda çıxış edib

İqtisadiyyat 18:00 24.06.2019

Energetika naziri Pərviz Şahbazov Sankt-Peterburqda Dünya Neft Şurasının təşkilatçılığı və Rusiya Energetika Nazirliyinin dəstəyi ilə keçirilən 6-cı Gənclər Forumunda iştirak edib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, forumda “Enerji transformasiyası, gələcəyin enerji xəritəsi” mövzusunda çıxış edən nazir enerji transformasiyasının əsas hərəkətverici qüvvələri kimi bərpa olunan enerji və enerji səmərəliliyi üzrə dünyada müşahidə olunan tendensiyalar və ölkəmizdə həyata keçirilən tədbirlər, qarşıya qoyulan hədəflərdən danışıb.

Enerji transformasiyasını zəruri edən amillərdən bəhs edən Energetika naziri enerji, siyasi və ekoloji təhlükəsizliklə bağlı məsələlərin ənənəvi enerji resursları ilə müqayisədə bərpa olunan enerjinin rolunu artırdığını, enerji səmərəliliyinin enerjiyə tələbatla iqtisadi artım arasındakı ənənəvi əlaqəyə yeni məzmun gətirdiyini qeyd edib. Enerjiyə çıxışı olmayan ölkələr kimi neft ölkələri üçün də enerjidə alternativ həllərin aktual olduğunu söyləyib.

Nazir deyib ki, hazırda neftin qiymət tərəddüdləri ilə yanaşı istixana qazlarının atmosferə atılması da azalmaq əvəzinə artır. Son illərdə aşağı karbonlu enerjiyə keçiddə təbii qazın rolu güclənir, lakin burada da enerji təhlükəsizliyi, mənbə və marşrutların diversifikasiyası kimi məsələlər ön plana çıxır. Dünya enerji sisteminin bugünkü bu reallığında isə məhz bərpa olunan enerji hər kəsə öz enerji və ekoloji təhlükəsizliyini təmin etməyə imkan yaradan universal bir mənbə kimi çıxış edir: “Karbohidrogenlərdən fərqli olaraq hər yerdə bu potensial var. Bu potensialdan istifadə etməklə hər bir ölkə enerji ölkəsinə çevrilə və enerji müstəqilliyini əhəmiyyətli dərəcədə artıra bilər. Eyni zamanda ətraf mühitin çirklənməsinə qarşı etibarlı müdafiə təmin edilə bilər.”

Çıxışda qeyd olunub ki, hazırda dünya üzrə enerji istehlakında ənənəvi enerji resurslarının 84,7% -lik payı ilə müqayisədə hidroenerji daxil olmaqla bərpa olunan enerji mənbələrinin payı 10,9 %-dir. Bununla belə son illər bərpa olunan enerji ilə bağlı inkişaf yüksələn xətt üzrə gedir və xərclərin sürətlə azalması ilə bərpa olunan enerji mənbələrinin rəqabət qabiliyyətinin artması, eləcə də texnologiyalar bu prosesə dəstək verir. “Qlobal enerji transformasiyası 21-ci əsrin geosiyasi xəritəsinin yenidən tərtibində mühüm rol oynayacaq. Bu xəritə yüz ildən artıq bir müddətdə mövcud olan və ənənəvi enerji əsasında formalaşmış geosiyasi xəritədən çox fərqlənəcək”, deyə nazir bildirib.

Nazir P.Şahbazov dünyanın enerji xəritəsinin tərtibində Azərbaycanın roluna da toxunub, “Cənub Qaz Dəhlizi”nin qitənin dekarbonizasiyasına verəcəyi töhfəni və ölkənin energetika sektorunda aparılan islahatların mühüm bir hissəsi kimi bərpa olunan enerji, enerji səmərəliliyi sahələrində görülən işləri də diqqətə çatdırıb.

Forum çərçivəsində Energetika naziri Rusiyanın Energetika naziri Aleksandr Novakla da görüşüb.

Görüşdə iki ölkə arasında enerji əməkdaşlğının elektroenergetika, neft-qaz istiqamətləri üzrə məsələlər müzakirə edilib. Həmçinin, “OPEC plus” əməkdaşlıq formatı çərçivəsində məsləhətləşmələr aparılıb.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
Hamısı