İndiyədək məhsul yığılan sahələrin əksəriyyəti istixana üsulu ilə əkin aparılmış sahələrdir. Hava şəraiti ilə əlaqədar açıq sahə məhsulunun yetişməsi gecikir. Havanın əlverişsiz keçməsi məhsul yetişən açıq sahələrdən yığımı çətinləşdirir, nəticədə bazarlara məhsul təklifi azalır.
Eurasia Diary xəbər verir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
V.Hüseynov bildirib ki, yağıntıların azalması məhsulun kütləvi yığımına şərait yaradacaq: “Kütləvi yığım başladıqdan sonra açıq sahə məhsulunun bazara çıxarılması sürətlənəcək. Bundan sonra qısa müddətdə qiymətlərin nəzərəçarpacaq dərəcədə ucuzlaşacağı gözlənilir”.