Bina tikənlərin qarşısında yeni tələb qoyuldu Onlar buna əməl edəcəklər?

İqtisadiyyat 23:57 21.07.2019
Azərbaycanda tikinti şirkətlərinin qarşısına yeni tələblər qoyulub. Çoxmərtəbəli bina inşa edən sahibkarlar, ərazinin 40, müstəsna hallarda 30 faizində yaşıllıq salmalıdırlar.

Eurasia Diary xəbər verir ki, bu barədə məlumatı fed.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov verib. O, bildirib ki, bu qayda paytaxtda yaşayış binası inşa edən bütün tikinti şirkətlərinə şamil ediləcək. Məmmədovun sözlərinə görə, indiyədək tikinti şirkətlərinin çoxu yaşayış binası inşa edərkən ərazini yaşıllaşdırmağa maraq göstərməyiblər. Amma bundan sonra tikinti şirkətlərinin hər biri bu tələbə əməl etməli, yəni bina inşa edərkən ərazinin 40, müstəsna hallarda 30 faizində yaşıllıq salmalı olacaqlar".

Şöbə rəisi bildirib ki, bu tələbə əməl etməyən tikinti şirkətlərinə qanunun icrası məcburi olacaq: "Əgər hansısa tikinti şirkəti buna əməl etməyəcəksə, məcburi qaydada yaşıllığın salınması təmin ediləcək".

O.Məmmədov bildirib ki, bu məsələ "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları" nda öz əksini tapıb. Belə ki, bu normalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 68.2-ci maddəsinə uyğun olaraq hazırlanıb və yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarını müəyyən edir:

"Bu normalara görə, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq ərazinin minimum 40 faizini təşkil etməlidir. Tutaq ki, tikinti şirkəti bina inşa etmək üçün 10 sot torpaq sahəsi alıb. Onun 50 faizində bina inşa edir. 20 faiz də binanın girişi üçün saxlanılır. Yerdə qalan 30 faizdə yaşıllıq salmalıdır. Bu, "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi" normalarında 40 faizdir. Amma müstəsna hal kimi 30 faiz də götürülə bilər. Yeni qayda beş il və daha əvvəl inşa olunmuş binalara aid deyil".

Şöbə rəisi onu da qeyd edib ki, yeni normalara görə, əhalinin məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi həmin ərazinin minimum 25 faizini təşkil etməlidir.

Əməkdar memar Feyzulla Quliyev isə tikinti qaydalarına yaşıllıqların salınması ilə bağlı bəndin daxil edilməsinin çox mühüm addım olduğunu söyləyir. Fed.az-a bu barədə danışan əməkdar memar bildirib ki, indiyədək tikinti şirkətlərinin mütləq əksəriyyəti bina inşa etdikləri ərazində yaşıllıq sahəsinin salınmasını həyata keçirməyiblər:

"Hələ sovet dövründə belə bir tələb vardı ki, yaşayış binalarının ətrafı 20 faiz yaşıllaşdırılmalıdır. O vaxt Bakıda sıxlıq belə deyildi. Amma indi paytaxtda binalar sıx inşa olunur. Əhalinin sayı paytaxtda günü-gündən artır. Amma yeni inşa edilən göydələnlərin həyətində demək olar ki, yaşıllıqlar salınmır. Yeni normalar tikinti şirkətlərini məcbur edəcək ki, aldıqları torpaq sahəsinin bir hissəsini yaşıllığın salınması üçün saxlasınlar. Binanın həyətini yaşıllaşdırsınlar. Bu, çox vacib məsələdir. Tikinti şirkətləri bina inşa edərkən orada yaşayan insanların sağlamlığı məsələsini də düşünməlidirlər".

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı