Ölkəyə gətirilən bu malların aksiz dərəcələri endirildi | Eurasia Diary - ednews.net

10 Dekabr, Çərşənbə axşamı


Ölkəyə gətirilən bu malların aksiz dərəcələri endirildi

İqtisadiyyat A- A A+

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Eurasia Diary “Xalq qəzeti”nə istinadən xəbər verir ki, bu barədə Baş Nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara görə, dəyişiklik emalın spesifik prosesləri üçün yüngül distilyatlar və məhsullarla əlaqədardır.


Dəyişiklikdən əvvəl Azərbaycana idxal edilən yüngül distilyatlar və məhsulların 1 tonu üçün 80 manat aksiz vergisi alınırdı. Bundan sonra, aksiz dərəcəsi 1 ton üçün 1 manata endirilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək. 

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...