"Prezident məhz bu keyfiyyətləri nəzərə alıb onu çökməkdə olan sistemin başına gətirdi"

İqtisadiyyat 11:11 12.08.2019
"Azərbaycanda dəmir yolu nəqliyyatının bu günkü durumunu dəyərləndirərkən öncə bir qədər əvvələ gedib, müstəqilliyimizin ilk illərindən 2015-ci ilin fevral ayına qədər "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin keçdiyi yola nəzər salmaq lazımdır".
 
Eurasia Diary xəbər verir ki, bunu tanınmış iqtisadçı alim, professor, keçmiş maliyyə naziri Fikrət Yusifov "moderator.az"a açıqlamasında bəzi mətbu orqanlarda "Azərbaycan Dəmir Yolları" QSC haqqında tirajlanan sifarişli və təhrif olunmuş rəqəmlərdən ibarət məqalələrə etirazını bildirərkən deyib.
 
Keçmiş nazir təəssüflə bildirib ki, 2015-ci ilin əvvəllərinə qədər "Azərbaycan Dəmir Yolları" QSC-nin başında dayanan rəhbərlər müstəqil dövlətin dəmir yolu nəqliyyatının inkişafı istiqamətində demək olar ki, heç nə etmədilər:
 
"Onların fəaliyyətinin əsasını Sovetlər dönəmindən dəmir yol sistemində qalan nə varsa onu söküb satmaq və talan etmək oldu. Hələ 1995-ci ildə Respublikanın Dəmir yolları sistemində aprılan yoxlamalarla milyard manatlarla yeyinti, mənimsəmə halları aşkara çıxarıldı və Dəmir Yolları İdarəsinə başçılıq edən rəhbər vəzifəsindən kənarlaşdırıldı. Bundan sonra dəmir yolları sisteminə rəhbərlik edənlər də bu yaramaz ənənəni davam etdirərək, dəmir yolları sistemində olub-qalanı da sıradan çıxardıb satdılar və bütövlükdə ölkənin dəmir yolu nəqliyyatını iflic halına saldılar. Vəziyyətin belə davam etməsi mümkün deyildi. Elə bu səbəbdən də ölkə Prezidenti 2015-ci ilin fevral ayında  Azərbaycan Dəmir Yolları QSC-nin rəhbərliyinə yeni nəfəs gətirdi. Cavid Qurbanovu yaxından tanıyanlar onun bacarıqlı bir təşkilatçı, həmişə novatorluq ideyaları olan və quruculuq işlərində böyük səriştə sahibi olduğunu yaxşı bilirlər. Prezident də məhz bu keyfiyyətləri nəzərə alıb C. Qurbanovu çökməkdə olan dəmir yolu sisteminin başına gətirdi. C.Qurbanov dörd ildən bir qədər artıq bir vaxtda ölkənin dəmir yolları sisteminin yenidən qurulması və onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi işlərə müəlliflik etdi və iri meqalayihələrin reallaşdırılmasına nail oldu. 
 
Bu gün dünyada dəmir yollarında fəaliyyətin rəqəmsallaşdırılması istiqamətində ciddi işlərin getdiyi bir dönəmndə yalnız bu səviyyədə yenidənqurma və novotorluq səyləri ilə gedən prosseslərlə ayaqlaşmaq mümkün olardı. 
 
Çox təəssüf ki, cəmiyyətimizdə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyinin yardıcı fəaliyyəti bəzən birmənalı qarşılanmır və müəyyən adamlar görülən bu işləri qısqanclıqla qarşılayıb, onlara kölgə salmağa çalışırlar. Sual olunur: dağıdılmış bir sistemin yenidən, müasir tələblər səviyyəsində qurulmasından artıq nə ola bilər? Bəs nə üçün bu qədər uğurlar bəzi adamlarda qıcıq yaradır? Heç şübhəsiz bu adamlar vaxtıilə dəmir yolu sistemində hər şeyi söküb satan və fəaliyyətinin mahiyyətini yalnız bunda görənlər və onların yaxınlarıdır. Bu adamlar bir qədər öncə Azərbaycan Dəmir Yolları QSC-nin aldığı vaqonların qiymətini də fantastik səviyyədə şişirtmişdilər. Peşəkar mütəxəsis araşdırmasından sonra bəlli oldu ki, bu populist çıxışların heç bir əsası yoxdur - Azərbaycan Dəmir Yolları QSC-nin aldığı vaqonların qiyməti tam normal qiymətlərdi. 
 
İndi də yeni bir mövzu çıxarıblar gündəmə - "Azərbaycan Dəmir Yolları" QSC 2017-ci il fəaliyyətini ziyanla başa vurub. Ziyan sözünü eşidən populistlər isə bunu böyük hay-küylə qarşılamağa başlayıblar. Belələrinin diqqətinə çatdırıram ki, dünyanın bütün ölkələrində dəmir yolları sistemi bu və ya digər şəkildə dövlət dəstəyi alır. Bu Amerika Birləşmiş Ştatlarında da, Almaniyada da, Çində də, Rusiyada da belədir. Dövlətlər yeni, müasir dəmir yolarının çəkilməsinə on milyardlarla vəsait xərcləyir, dəmir yolları ilə daşına yüklərin tariflərinin aşağı olması səbəbindən dəmir yolu ilə daşımalara üzrə milyardlarla subsidiyalar ayırır.  
 
 
Düşünürəm bütün bu dediklərimizin sübutu üçün Çinin dəmir yolu sistemində dövlət tərəfindən aparılan işlərə qısa bir nəzər salmaq yetərli olar. Çində 2017-ci ildən reallaşdırılmağa başlamış dövlət proqramı çərçivəsində ölkənin dəmir yolları şəbəkəsinin əsaslı şəkildə genişləndirilməsini nəzərdə tutan 35 yeni layihənin reallaşdırılmasına start verildi. Bu tikintilərə ölkədə 2100 km yen dəmir yolları xətlərinin, 2500 km iki tərəfli xətlərin və 4000 km elektrikləşdirilmiş dəmir yolu xətlərinin çəklişi ilə start verilib. Bu planı reallaşdırmaq üçün Çinin Dəmir yollarına büdcədən 800 milyard yuan vəsait ayrıldı. Bütövlükdə layihənin reallaşdırılmasına dövlət xəzinədən 3,5 trliyon yuan xərcləməyi proqnozlaşdırır. Bu minvalla Çin 2020-ci ilə yüksəksürətli dəmir yollarını əlavə olaraq 30 000 km artırmaq niyyətindədir ki, bu da Çinin 80%-ə qədər iri şəhərlərini yüksəksürətli dəmir yolları vasitəsilə birləşdirmək deməkdir. 
 
Ona görə "Azərbaycan Dəmir Yolları" QSC-nə dövlət dəstəyi söhbətləri heç kimi qıcıqlandırmasın. Bütün zamanlarda dünyanın bütün ölkələrində nəqliyyatın bu növünə dövlət dəstəyi olub və olacaqdır. Bizimlə bir məkanda olmuş Rusiyada “Rusiya Dəmir Yolları”-na 2016-cı ildə təkcə yük daşımalarındakı tariflərin aşağı olması səbəbində dəyən zərəri ödəmək üçün büdcədən 95 milyard rubla qədər subsidiya verilib".
 

 

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
Hamısı