“Biz 2018-ci ildə kölgə iqtisadiyyatına qarşı mübarizəyə başladıqdan sonra Statistika Komitəsi ilə Vergilər Nazirliyinin rəqəmləri arasında 7 dəfəyə qədər fərq yaranıb”.
Eurasia Diary "qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Kölgə İqtisadiyyatına Qarşı Mübarizə – İqtisadi İnkişafın Mühüm Amili kimi” adlı konfransda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, bu da kölgə iqtisadiyyatının həcminin göstəricisidir.