SOCAR-dan benzinlə bağlı - MÜHÜM AÇIQLAMA | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


SOCAR-dan benzinlə bağlı - MÜHÜM AÇIQLAMA

İqtisadiyyat A- A A+

Azərbaycanda yanacağa tələbatın böyük hissəsini təmin edən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) modernləşdirmə və rekonstruksiya layihəsinin ikinci və üçüncü mərhələləri davam edir.

Eurasia Diary-nin Trend-ə istinadən məlumatına görə, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirirb ki, modernləşdirmə layihəsi çərçivəsində zavodda Avro-5 standartına cavab verən dizel və benzin yanacağı istehsal olunacaq. İstehsal prosesi müvafiq olaraq 2021 və 2022-ci ildə başlayacaq. 2024-2025-ci illərdə isə neft məhsulları istehsalının 7,5 milyon tonadək çatdırılması planlaşdılır.

İ.Əhmədov onu da bildirib ki, təmir müddətində 120 min tonadək Aİ-92 markalı benzinin idxalı planlaşdırılır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...