Neft Daşları SOCAR-ın illik neft və qaz hasilatının 70 faizini təmin edir | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Neft Daşları SOCAR-ın illik neft və qaz hasilatının 70 faizini təmin edir

İqtisadiyyat A- A A+

SOCAR-ın illik neft və qaz hasilatının 70 faizi Neft Daşlarından daxil olur.

Eurasia Diary Trend-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov Neft Daşlarının 70 illiyinə həsr olunmuş media-tur zamanı deyib.

O bildirib ki, burada hasil olunan neft 70 kilometrlik boru kəməri ilə Dübəndi terminalına nəql olunur və daha sonra təyinatı üzrə ya ixraca, ya da emala yönəldilir.

Onun sözlərinə görə, "Günəşli" yatağında və "Çıraq 1" platformasında hasil olunan təbii qazın qəbulu, ilkin emalı və sahilə ötürülməsi SKS kompressor stansiyası vasitəsilə həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...