Yanvarın 1-dən enerji içkiləri ilə bağlı qaydalar qüvvəyə minir! | Eurasia Diary - ednews.net

6 Dekabr, Cümə


Yanvarın 1-dən enerji içkiləri ilə bağlı qaydalar qüvvəyə minir!

İqtisadiyyat A- A A+

Yanvarın 1-dən enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilməyəcək. Tərkibində karbohidratların kütlə payı isə 11%-dən artıq olmayacaq.

Eurasia Diary xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA)  tərəfindən hazırlanan “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə, enerji içkilərinin etiketlərində "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur” sözləri qeyd edilməlidir.

Qeyd edək ki, yanvarın 1-dən “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...