Azərbaycanın aparıcı biznes rəhbərləri bir arada

İqtisadiyyat 15:46 06.12.2019
BMT-nin təşkil etdiyi konfransda dayanıqlı İnkişaf üçün 2030 Gündəliyinin icrasında biznesin rolu müzakirə olunub. 
 
Tədbirdə dövlət qurumları, ölkənin aparıcı şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin 80-ə yaxın nümayəndəsi iştirak edib.
 
BMT-nin rezident əlaqələndiricisinin ofisi, UNİCEF, BMT-nin Qlobal Sazişi, BMT Qadınlar və BMT-nin İnkişaf Proqramının birgə təşkil etdiyi bu konfransda BMT-nin Qlobal Sazişinin 10 prinsipinin biznes siyasətləri və təcrübələrinə inteqrasiyasının əhəmiyyəti barədə danışılıb.
 
Konfrans çərçivəsində keçirilmiş Baş icraçı direktorlar paneli "Bərabərsizlik boşluğunun aradan qaldırılması: İnsan Hüquqlarının Biznesin Uğurlu olmasında rolu” mövzusunda keçirilib. Panel müzakirəsində Bakcell şirkətinin Baş icraçı direktoru Rainer Rathgeber, Akkök Holdinq-in icraçı şuranın sədri və Türkiyənin UN Global Compact Network təşkilatının direktorlar şurasının prezidenti Əhməd Dördüncü, Crystal MicroFinance Təşkilatının müşahidə şurasının sədri Arçil Bakuradze və Norm Cement şirkətinin baş icraçı direktoru Henning Sasse iştirak ediblər.  
 
Paneldə çıxışı zamanı "Bakcell”in Baş icraçı direktoru Rainer Rathgeber şirkətin korporativ sosial məsuliyyət proqramının əsas istiqamətləri və dayanıqlı inkişaf məqsədlərinə nail olmasında biznesin rolu barədə danışıb: "Böyük şirkətlər özlərinin korporativ sosial fəaliyyəti vasitəsilə cəmiyyətə böyük töhfə vermək imkanına malikdirlər. Məsələn, Bakcell əhalinin ən həssas qruplarına dəstək göstərib, ölkədə təhsil və idman kimi sahələrin inkişaf etdirilməsi, ətraf mühitin qorunması və bütün insanları bərabər hüquq və imkanlarla təmin edilməsinə öz töhfəsini vermək üçün əlindən gələni edir”. 
 
Qeyd etmək lazımdır ki, Bakcell şirkəti müxtəlif təşkilatlarla əməkdaşlıq çərçivəsində xüsusi qayğıya ehtiyacı olan, həmçinin valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaqlara dəstək göstərir. İri sosial layihələr vasitəsilə Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmaları üçün şərait yaradır. 
 
"İstehlak biznesində fəaliyyət göstərən böyük şirkətlərdə çalışaraq, bəzən ideal bir dünyada yaşadığımızı zənn edirik, lakin etiraf etmək lazımdır ki dünya ideal deyil və bir çox insanlar həmişə unudulmuş qalır. Biz, təhsil almaq imkanı olmayan, xüsusi ehtiyacları olan və istedadlarını nümayiş etdirməyə şansı olmayan insanları yaddan çıxarmamalıyıq. Böyük şirkətlərə mesajım o olacaq ki, gəlin gözəl sözlər və nitqlərnən məhdudlaşmayaq və heç kəsi yaddan çıxarmamaq üçün hər gün real və gözəl işlər görək!” deyə cənab Rathgeber əlavə edib. 
 
BMT-nin baş katibinin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş BMT-nin Qlobal Sazişi daha dayanıqlı və məsuliyyətli bizneslərin yaradılması üçün çərçivəni təklif edir. 160-dan çox ölkədən 10,000 şirkət və 3,000 qeyri-biznes qurumu, eləcə də 60-dan çox yerli şəbəkəni bır araya gətirən BMT-nin Qlobal Sazişi bu gün dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
Hamısı