Böyük Britaniya “Huawei”nin təqdimatını qəbul etmir

İqtisadiyyat 11:49 21.01.2020

Böyük Britaniya ABŞ-ın ““Huawei” şirkətinin təhlükəsizlik təhdidləri” haqqında təqdimatını qəbul etməkdən imtina edib.

Eurasia Diary qafqazinfo-a istinadən xəbər verir ki, Birləşmiş Ştatlar rəsmiləri tərəfindən müəyyənləşdirilmiş təhdid “planlaşdırma zamanı əvvəlcədən nəzərə alınıb”.

Britaniya hökuməti Donald Tramp administrasiyasının nümayəndə heyəti tərəfindən dramatik şəkildə təqdim olunan “Huawei” texnologiyalarından 5G şəbəkələrində istifadənin təhlükəsi haqqında məlumatın öz xüsusi xidmət orqanları tərəfindən nəzərə alındığını bildirib.

İmtina onunla əsaslandırılır ki, Britaniya kəşfiyyatı Çin şirkətinin bu ölkənin vətəndaşlarına təqdim etdiyi texnologiyanın təhlükəsizlik təhdidlərinin idarə edilə bilinməsinin mümkünlüyü haqqında rəyini dəyişməyəcəkdir. Birləşmiş Krallığın “Huawei” cihazlarından istifadə edib-etməyəcəyi barədə yekun qərar məhz bu qurum tərəfindən verilməlidir.

Britaniya hökumətindəki mənbədə deyilir: “Birləşmiş Ştatlar tərəfindən təqdim olunan materialda əks olunan təhlükə əvvəlcədən də tərəfimizdən  müəyyən edilmiş və planlaşdırma zamanı nəzərə alınmışdır”.

Bazar ertəsi günü Tramp administrasiyasının yüksək vəzifəli məmurlarından ibarət nümayəndə heyəti “Huawei” tərəfindən iddia olunan təhlükəsizlik təhdidlərinə aid yeni texniki sübutları nümayiş etdirmək üçün Birləşmiş Krallığa səfər edib və Britaniyadan 5G texnologiyasına tam qadağa qoyulmasını xahiş edib.

Müvafiq rəsmilər və nazirlərlə görüşlərdən sonra jurnalistlər üçün təşkil edilmiş qısa brifinqdə  nümayəndə heyətinin üzvlərindən biri Böyük Britaniyanın “Huawei” tərəfindən təqdim olunan  yüksək sürətli 5G mobil telefon şəbəkəsindən istifadəyə icazə verməsinin “ağılsızlıqdan başqa bir şey olmayacağını” bildirib.

Heyət üzvlərindən biri Çinin gələcəkdə “Huawei” cihazlarının proqram təminatındakı nasazlıqdan izləmə məqsədi ilə istifadə edə biləcəyini bildirsə də, ABŞ rəsmiləri təqdim etdikləri dosyelərin konkret nədən ibarət olduğunu açıqlaya bilməyəcəklərini deyib.

““Huawei” cihazlarındakı nasazlıqlar Çin Kommunist partiyasının ictimaiyyəti təsir altında saxlaması üçün şəxsi məlumatların toplanması məqsədilə qəsdən yaradılmışdır”, - deyə rəsmilərdən biri qeyd edib.

Keçən ilin yazında Tereza Mey tərəfindən qəbul edilmiş 5G şəbəkəsinin “qeyri-özül” sahələrində “Huawei” cihazlarının istifadəsinin məqbul hesab edilməsi haqqında ilkin qərardan sonra, Birləşmiş Krallıq “Huawei” haqqında yekun qərarını tezliklə qəbul etməlidir.

ABŞ nümayəndə heyəti səfər zamanı nazirlərlə yanaşı, xüsusi xidmət orqanları ilə də görüşlər keçirmişdir. Eyni zamanda, ötən həftə İran böhranının zirvədə olduğu bir vaxtda Vaşinqtonda səfərdə olan Xarici işlər naziri Dominik Raabla da bu mövzuda danışıqlar aparılıb.

Mühafizəkarlar partiyasından olan millət vəkili Bob Sili Böyük Britaniyanın “gələcəkdə peşman olacağı qərarı gözüyumulu qəbul etmək yolunda” təhlükədə olduğu barədə xəbərdarlıq etmişdir. Sili yekun qərarın parlamentin tərkibinin təsdiqindən sonra verilməsinin labüdlüyünü bildirib.

Sili “Conservative Home” internet səhifəsində “Xarici kəşfiyyat və təhlükəsizlik komitələrinə təyin ediləcək yeni sədr dərhal “Huawei” məhsullarının istifadəyə yararlılığı haqqında  araşdırmaya başlamalıdır” çağırışını edib.

ABŞ nümayəndə heyəti yeni kəşfiyyat materialları ilə yanaşı, şirkət haqqında yeni şübhələrin yaranmasına səbəb olan hesabatlar da təqdim etmişdir. Bu hesabatlardan biri “Huawei” şirkətinin əməkdaşlarının tərcümeyi halları haqqında olmuşdur. Təhqiqata əsasən, şirkətin 100 nəfərə qədər əməkdaşının Çinin hərbi və kəşfiyyat qurumları ilə bağlantıları mövcuddur.

Bundan əvvəl Boris Conson “Huawei” texnologiyasına alternativ variant təklif etmək öhdəliyinin Vaşinqtonun üzərində olduğunu bildirərək, Böyük Britaniya və ABŞ arasındakı kəşfiyyat məlumatlarının mübadiləsi haqqında razılaşmanı təhlükə altına qoymaq istəmədiyini də əlavə edib.

Yeni ildə ilk müsahibəsini “BBC Breakfast” verilişinə verdiyi zaman Baş nazir demişdir: “Britaniya ictimaiyyəti ən yaxşı texnologiyadan istifadə etməyə layiqdir. Biz hər kəs üçün geniş qiqabit zolaqlı internet təqdim etmək istəyirik. Əgər insanlar bir şirkətə müxalif çıxırlarsa, bizə alternativ variant da təklif  olunmalıdır”.

Eyni zamanda, o, əlavə edib: “Digər tərəfdən, gəlin səmimi olaq. Birləşmiş Krallığın Baş naziri olaraq mən, milli təhlükəsizliyimizə və ya “Five Eyes” Alyansındakı tərəfdaşlarımız ilə (Böyük Britaniya, Kanada, ABŞ, Yeni Zelandiya və Avstraliya) əməkdaşlığımıza xələl gətirəcək hər hansı bir infrastruktur qurmaq istəmirəm”.

ABŞ rəsmiləri gələcəkdə Böyük Britaniya ilə kəşfiyyat məlumatlarının mübadiləsinə xitam verilə biləcəyi barədə xəbərdarlıq etmiş və Britaniyanın 5G şəbəkəsində “Huawei” avadanlığından hər hansı istifadənin qarşısıalınmaz təhlükəsizlik təhdidlərinə səbəb olacağını iddia etmişdir.

“Huawei” şirkəti İngiltərə hökumətinin yekun qərarını "əsassız iddialara deyil, dəlillərə əsaslanaraq" verəcəyinə əmin olduğunu bildirib. Şirkət təqdim etdiyi texnologiyaların Çin tərəfindən nəzarət üçün istifadəsinin mümkünlüyünü inkar etmiş və bir çox qərb şirkətlərinin də əvvəllər xüsusi xidmət orqanları ilə əlaqəsi olmuş işçilərinin olduğunu bəyan edib.

Şirkətin  vitse-prezidenti Viktor Çjan əlavə edib: "Biz Baş nazirin Böyük Britaniya ictimaiyyətinin ən yaxşı texnologiyalardan istifadə etməyə layiq olması ilə bağlı fikri ilə tamamilə razıyıq".

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı