Maliyyə nazirindən növbəti - QƏRAR | Eurasia Diary - ednews.net

5 Aprel,


Maliyyə nazirindən növbəti - QƏRAR

İqtisadiyyat A- A A+

“Büdcə təşkilatlarının ortamüddətli dövr üçün baza proqnozlarının və yeni siyasət təşəbbüsləri üzrə sifarişlərinin hazırlanmasına dair Təlimat” təsdiqlənib.

Eurasia Diary xəbər verir ki, bununla bağlı Maliyyə naziri Samir Şərifov qərar imzalayıb.

Qərarla “Büdcə təşkilatlarının orta müddətli dövr üçün proqram (tədbir) üzrə fəaliyyət planının hazırlanmasına dair Təlimat” da təsdiq edilib.

Təlimat büdcə təşkilatlarının ortamüddətli dövr üçün baza proqnozlarının və yeni siyasət təşəbbüsləri üzrə sifarişlərinin hazırlanaraq, Maliyyə Nazirliyinə təqdim edilməsi prosesini tənzimləyir.

Baza proqnozu cari ildə təklif olunan malların, xidmətlərin mövcud həcmdə, keyfiyyətdə davam etdirilməsi üçün tələb olunan cari və əsaslı xərclərin məbləğidir.

Yeni siyasət təşəbbüsü növbəti il, sonrakı üç ilə icmal büdcənin, dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi təklif olunan yeni layihələr, dövlət proqramları və tədbirlərindən irəli gələn cari və əsaslı xərclərdir.

Ortamüddətli dövrə gəlincə, bu, növbəti il və sonrakı üç ili əhatə edən dövrdür.(metbuat.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...