Benzin qiyməti ucuzlaşır, amma Azərbaycanda... Bəs ekspertlər nə deyir?

İqtisadiyyat 15:30 13.03.2020

Son günlər dünya mətbuatında iqtisadi xəbər başlıqları neftin qiymətinin ucuzlaşması ilə əlaqədar yazı və şərhlərlə dolub daşır. Bəli, ötən həftədən başlayaraq neftin qiymətində baş verən kəskin ucuzlaşma bəzi ölkələrdə benzinin qiymətlərinə müəyyən təsirini göstərib. Beləki, Amerika, Avropa və Asiya ölkələrində hətta neft istehsal edən ölkələr daxil olmaqla benzin qiyməti nisbətən ucuzlaşıb. Ucuzlaşma xüsusilə A95 super, A98 Super + benzin və dizelin qiymətlərində müəyyən faizdə müşahidə olunur. 

Hətta bəzi iqtisadçılar belə şərh edirlər ki, yaxın beş-altı həftə ərzində benzinin qiymətlərində daha kəskin eniş gözləmək mümkündür. 

Hindistanın “The Economics Times” rəsmi iqtisadi xəbər saytı ötən gündən ölkədə benzinin qiymətinin milli valyutanın, yəni rupinin dollara nisbətdə dəyişməsi ilə əlaqədar xeyli düşdüyünü dərc edib. Rəsmi xəbərə görə, son həftəyə kimi bir litri 72.98 rupiyə satılan benzin hazırda 70.29 rupiyə endirilib. Bu eyni zamanda 2.33 rupi ucuzlaşma ilə dizelin də qiymətində özünü göstərir. Bunun ardınca cənubi Avstraliaynın paytaxtı Adelaide şəhərinin qərb hisəssində də benzinin bir litrinin 1.59 dollaradan 1.10 dollara düşdüyü və ekspertlər tərəfindən növbəti həftələrdə daha da düşəcəyi rəsmi olaraq bildirilib. Bəs görəsən Azərbaycanda benzinin qiymətərində ucuzlaşma ola bilərmi? Bir az təəssüf doğursa da qeyd etməliyik ki, bu barədə Tarif Şurası artıq öz sözünü deyib. Məsələ aydındır desək, yəni Azərbaycanda hal-hazırda ən çox istifadə olunan benzin olan A92-dir və bu da çox hissəsi ölkə daxilində istehsal olunduğu üçün qiymətə təsir etmir. Bəs görəsən Premium Evro A95 və A98 Super benzinlərinlərinin qiymətlərində nədən eniş öz əksini tapmadı. Buna da bir cavab olraq ümumi istehlakın çox az, yəni 4/5% təşkil etdiyini deyən Tarif Şurası  məsələni bu cür bağladı. Lakin bu məsələ burada konkret bir cavabla bitmir. Çünki labüddür ki, dünya üzrə neft qiymətində qeyri-sabitlik uzun müddət davam etdikcə bu daxili bazara da gec ya tez öz kəskin təsirini göstərəcək. Bəs görəsən necə və nə zaman göstərəcək..?

Azərbaycanda ekspertlərin yanaşması fərqlidir, yəni daxildəki durumun daha da pisləşə bilməsini ehtimal edən bəzi ekspertlər məsələni belə şərh edir.

Məsələn, iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə neftin uzun müddət ucuz qalması ölkənin ciddi iqtisadi çətinliklərlə üzləşməsinə səbəb olacaq. Öz rəsmi facebook səhifəsində analitik açıqlama verən mütəxəssis deyir ki, qazın 1000m3-i 189 dollar civarından hesablansa, Azərbaycan ötən il 12,5 mlrd m3 qaz ixrac edib və bundan cəmi 2 mlrd 366mln dollar gəlir əldə edib. Halbuki, gözlənilən nəticə başqa idi. 

“Azərbaycan Şahdəniz-2, TANAP və TAP (Cənub Qaz Dəhlizi) layihələrini həyata keçirib bu ildən başlayaraq Avropaya qaz ixracına başlamaq və bunu 10 mlrd. m3-ə qədər artırmaq istəyilə ətək-ətək pullar xərclədi. Bu da ölkəyə az da olsa əlavə qaz gəlirləri gətirməli idi. Lakin, neft qiymətləri 2 ilə yaxın belə aşağı səviyyələrdə qalsa bizim qazın satış qiyməti, qazdan daxil olan valyuta da azalacaq. Hələ o da var ki, Cənub Qaz Dəhlizi layihəsi üçün alınan borcların faizləri və ana borcun bir hissəsi də hər il ödənilməlidir. Yəni bir sözlə, qazdan gözlənilən gəlirdən də gözümüzü çəkməliyik, obrazlı desək, qeyri-neft sektoru qaz sektoru olmayacaq, deməli ölkəni ciddi iqtisadi çətinliklər gözləyir.” 

Ekspert həmçinin neft qiymətlərinin qlobal çərçivədə, xüsusilə də Rusiyada azalması məsələsinə də yanaşaraq şərh verib. O bildirib ki, neftin kəskin düşüşü yaxın zamanlarda Rusiyaya bir o qədər də təsir etməyəcək, yəni Rusiya yenə də bu işdən karlı çıxacaq. Bunu ekspert həm də Rusiyanın böyük bir qaz bazarı uğrunda gedən savaşa, yəni ABŞ neft istehsalçılarını bazardan sıxışdırmaqla ABŞ-ın əsasən Avropaya qaz satışı planının qarşısını almağa niyyətli olması ilə əlaqələndirib. 

Bu ildən başlayaraq ABŞ Avropaya ildə 80 mlrd. m3 qaz satmağı planlamışdı, əsasən də Rusiyanın qaz satdığı bazarları hədəf alıb ki, həmin ölkələr tədricən Rusiya qazından imtina edib ABŞ-dan tankerlərlə gətirilən maye qaza keçsinlər. ABŞ-ın “Şimal Axını-2” layihəsinə yaratdığı maneələr də məhz qaz bazarı uğrunda gedən savaşla bağlıdır.

Bu gün Rusiya Avropaya ildə 145-150 mlrd. m3 qaz satır, Şimal qonşumuzun büdcə gəlirlərində qaz neftdən daha önəmli yer tutur, çünki neftdən fərqli olaraq qaz satışı tam dövlətin əlindədir. Qazın qiyməti dolayısı ilə neftdə bağlıdır və neftə bağlı formulla hesablanır. Düzdür, son zamanlar ayrıca qaz spot qiymətləri də var, amma neft amili həlledicidir. Avropa üçün 2019-cu ilin ortalama qiyməti 194 dollara qədər endi, çünki tək ABŞ yox, Qətər də Avropaya sıxılmış təbii qaz satışını kəskin artırıb. Üstəlik, bu il Avropada son illərin ən mülayim ötən qış mövsümü ilə əlaqədar qaza təlabat təbii yolla azalmışdı. Keçən il neftin ortalama qiyməti 64 dollara yaxın olub, qaz qiymətləri həm də bu qiymətə uyğun formalaşıb.

Rusiyanın stateji hədəfi həm də Avropa qaz bazarını əldən buraxmamaqdır, əgər bu il neftin ortalama qiyməti 40 dollar olsa və virusla bağlı dünyada iqtisadi aktivliyin azalmasını da nəzərə alsaq Avropa üçün qazın ortalama qiyməti 105-110 dollara qadər enəcək. Hazırda ABŞ üçün qazın nəqliyyat məsələsi, maye hala salınıb və sonradan normal hala qaytarılması kimi səbəbləri nəzərə aldıqda bunun ona daha baha başa gəldiyini görmək olar, bu da o deməkdir ki, Amerika istehsalçıları Avropaya qazı belə ucuz sata bilməyəcəklər. Rusiyada isə qaz hasilatının maya dəyəri çox aşağıdır, həm də borularla daşınır deyə nəqliyyat xərci də azdır. Bir sözlə Kremlə Avropaya 105-110 dollara qaz satmaq da sərf edir. Rusiyanın strateji planı uzun zaman neft-qaz qiymətlərini aşağı səviyyədə saxlamaqla bazar payını qorumaqdır, amma Rusiya iqtisadiyyatının özü 2-3 il aşağı qiymətə dözə biləcəkmi...

Elnur Ənvəroğlu
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı