Polşa səfirliyi viza üçün müraciətlərin qəbulunu dayandırır | Eurasia Diary - ednews.net

3 Aprel, Cümə


Polşa səfirliyi viza üçün müraciətlərin qəbulunu dayandırır

İqtisadiyyat A- A A+

Polşanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsi viza almaq üçün sənəd qəbulunu müvəqqəti dayandıracaq.

EDNews xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, bu addım COVID-19 koronavirusu ilə bağlı təhlükəli vəziyyətə görə atılıb.

Sənəd qəbulu martın 16-dan 29-dək həyata keçirilməyəcək.

Məlumata əsasən, Konsulluq və Polşa Diaspor Şöbəsi bildirir ki, konsulun qərarı ilə şengen vizası üçün müraciətlər yalnız təcili və əsaslandırılmış hallarda qəbul olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...