Vüsal Qasımlı: “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür”

İqtisadiyyat 10:31 26.03.2020

"Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə üçün mobilizasiya etdiyi məbləğ 1,1 milyard manatdan çoxdur".

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "EDNews"a verilən məlumata görə, bunu Mərkəzin icraçı direktoru Vüsal Qasımlı deyib.

Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti yanında xüsusi operativ qərargah yaradılanda, ilk dəfə 10 milyon manat vəsait ayrılmışdı. Hazırda Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət büdcəsi, hüquqi və fiziki şəxslər tərəfindən 86 milyon manatdan çox vəsait toplanılıb. Eyni zamanda Prezident İlham Əliyevin Sərəncamı əsasında pandemiyanın iqtisadiyyata təsirləri ilə mübarizə məqsədilə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb. Azərbaycan ÜST-ə də qlobal səviyyədə pandemiya ilə mübarizə məqsədilə 5 milyon ABŞ dollar vəsait köçürüb.

Azərbaycanda 1,1 milyard manatdan çox olan “korona böhran büdcəsi”nin getdikcə böyüməsi gözlənilir. Hazırda koronavirus əleyhinə mobilizasiya olunan 1,1 milyard manat vəsait qeyri-neft ÜDM-in 2,2 faizinə çatır.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun dövlət, biznes və əhali tərəfindən dəstəklənməsi Cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına uyğun olaraq sosial həmrəylik və milli birliyə gözəl nümunədir.  

Azərbaycan koronavirusla mübarizədə müstəqil hərəkət etdiyi halda, dünyanın 80-dən artıq ölkəsi Beynəlxalq Valyuta Fonduna koronavirusla mübarizədə maliyyə yardımı üçün müraciət edib. Eyni zamanda BVF və Dünya Bankı “Böyük 20-liy”ə müraciət edərək adambaşına milli gəliri 1175 dollardan az olan 76 ölkənin borclarına güzəşt etməyə çağırıb. Bu yolla əldə olunan vəsait kasıb ölkələrdə koronavirusla mübarizəyə sərf edilə bilər. İnkişaf etmiş böyük ölkələrin Mərkəzi Banklarının monetar yumşalmaya getmək “rahatlığı”, inkişaf etməkdə olan ölkələrdə yoxdur. Üstəlik də investorlar korona böhran başlayandan bəri inkişaf etməkdə olan ölkələrdən 83 milyard dollar sərmayəni geri çəkməklə onları böhranla mübarizədə daha çətin duruma salıblar. İnkişaf etməkdə olan ölkələrə SDR yardımı (Xüsusi borcalma hüququ) planlaşdırılır və svop xətlərin açılması ilə likvidlik dəstəyi verilir. Qlobal iqtisadiyyatın resessiyaya girdiyi və inkişaf etməkdə olan ölkələrin korona böhranla təklikdə mübarizədə çətinlik çəkdiyi bir şəraitdə Azərbaycan dövləti qlobal şoklar və pandemiya ilə mübarizədə dayanıqlılıq göstərir.

Azərbaycanda səfərbər olunan “koronavirus büdcəsi” üç istiqamətdə xərcləri əhatə edir: zərərçəkən sektorlar, sahibkarlar və muzdlu işçilərə veriləcək dəstək; sosial proqramlar; pandemiya ilə mübarizəyə çəkilən xərclər.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı