Azərbaycan neftini nə gözləyir? Moskva ilə Ər-Riyadın “soyuq müharibəsi” bitdi

İqtisadiyyat 13:59 10.04.2020

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin birləşdiyi OPEK+ razılşaması yenilənib.

EDNews.net  xəbər verir ki, videokonfrans formatında keçirilən 9-cu iclasında neft hasilatçıları gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsinə qədər azaltmaq barədə danışıqlar aparıblar.

May-iyun ayları üçün neft hasilatının 10 milyon barel azaldılması nəzərdə tutulub. İyulun sonlarından 2020-ci ilin dekabrına qədər hasilatı 8 milyon barrel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinə qədər isə 6 milyon barrel azaldılacaq.

Əsas azalma Səudiyyə Ərəbistanı və Rusiyanın payına düşəcək. Belə ki, hər iki ölkə hasilatı sutkada 8,5 milyon barrelə qədər azaldacaq. Bu zaman Səudiyyə Ərəbistanı 4 milyon barrel, Rusiya isə 2 milyon  barrel azalmaya gedəcək. İraq hasilatı 1,06 milyon barrel, Küveyt 0,64 milyon barrel və Birləşmiş Əərəb Əmirlikləri isə 0,72 milyon barrel azaldacaq.

Liviya, Venesuela və İran kimi ağır iqtisadi və siyasi durumda olan ölkələr kvotadan tam azad olunublar.

Azərbaycana gəldikdə isə ölkəmiz mayın 1-dən iyulun 1-dək  gündəlik neft istehsalı razılaşdırılmış kvotaya uyğun tənzimlənəcək. Bu müddət ərzində  Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır. 2020-ci ilin iyul-dekabr aylarında  gündəlik istehsalını 587 min barrel səviyyəsində, 2021-ci ildən 2022-ci ilin aprelinədək isə 620 min barrel həcmində saxlamaq öhdəliyini götürüb.

Fitch şirkətinin təmsilçisi Yuri Barsukov isə OPEK+ razılaşmasının neft qiymətlərini 40-50 dollar səviyyəsinə gətirə biləcəyini təxmin edir. Onun fikrincə, Azərbaycanın “Azərlight” makalı nefti, Qazaxıstan və Nigeriyanın yüngül neft markalı ilə birlikdə daha çox bahalaşacaq.

 “Təbii ki, danışıqlar fonunda neftin 3% dəyər itirməsi xoş deyil. Amma neftin 40-50 dollar səviyyəsində möhkəmlənməsinə 2 həftə vaxt tələb olunur. Hər şey pandemiyanın yayılma sürəti və neftə olan tələbatın ödənilməsindən asılı olacaq”.

OPEC və qeyri-OPEC ölkələrinin bu qərarı dünya bazarlarında martın əvvəllərindən kəskin azalma ilə üzləşnə neft hasilatının həcmini saxlmağa yönəlib.

“Koronavirus yolunda hər şeyi dağıdan gözə görünməz heyvandır. Martın 6-dakı sonuncu görüşdən sonra isə xəstəlik neft bazarında tələb və təklif arasındakı fundamental göstəriciləri darmadağın edib”-deyə OPEK-in Baş katibi Məhəmməd Barkindo açıqlama verib.

Aprelin 10-da növbədənkənar videoiclas keçirəcək “Böyük 20-lik” ölkələrinin energetika nazirləri razılaşma ilə bağlı son qərarlarını verməlidir. Buna qədər, ABŞ-ın energetika naziri Den Bruyet tələbatın azalmasına görə, neft hasilatını 2 milyon barrel azaltdıqlarını və bundan sonra daha da azaltmayacaqlarını deyib.

Rystad Energy şirkəti isə hasilatın 10 milyon barrel azaldılmasının bazar üçün kifayət etməyəcəyi fikrindədir.

“10 milyon barel azalma qısa müddət üçün bazara təsir edəcək. Neftin bazarda çox qaldığın anlayanlar razılaşmadan məyusdur”.

"Goldman Sachs" şirkətinin proqnozlarına görə, dünya bazarlarında 20 milyon barrel izafi neft var və kvotaların məhz bu miqdarda azadılacağı təqdirdə qiymətlərin stabilləşəcəyini təxmin edir.

ABŞ prezidenti Donald Tramp isə ölkənin enegetik sektorunun çöküşünün qarşısını almaq üçün neft qiymətlərinin bahalaşmalı olmasını önə çəkib.

“İndi neft 23-25 dollar arasındadır. OPEK+ razılaşma əldə etsə bu qiymətlər qalxacaq. Bizə neftin bahalaşması lazımdır ki, energetika sektorundakı şirkətlər müflisləşməsin. İşçilərini ixtisar etməsin. 2-3 həftə əvvəl neftlə bağlı vəziyyət çox bərbad olsa da, indi qiymətlər yüksəlir”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı