Koronavirus pandemiyasının yayılması ilə bir çox sahələr kimi, turizm sektoru da dərin böhran dövrünü yaşayır.
EDNews.net Cebhe. info-ya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Statistika Qurumu diqqətçəkən rəqəmlər açıqlayıb.
Açıqlanan rəqəmlərə görə, ilin ilk 6 ayında turizm sektoru 41.9 faiz zərər edib.
Sözügedən dövrdə 6 milyon 781 min nəfər yalnız ölkədaxili səahətlər edib. Səhayət zamanı həmin şəxslər 4 milyard 61 milyon 93 min lira xəcləyib. Bu ilə ötən ilin eyni dövrü ilə müqayisədə 41.9 faiz azdır.