Azərbaycan Respublikası Maliyyə Nazirliyinin verdiyi məlumata görə gələn il büdcə xərclərinin 15,3 faizi müdafiə və milli təhlükəsizlik sahəsinə ayrılacağı proqnozlaşdırılır.
Eurasia Diary xəbər verir ki, 2021-ci ildə Azərbaycan Respublikası müdafiə və milli təhlükəsizlik sahəsinə təxminən 4 milyard manat dəyərində xərc ayırmağı planlaşdırır.
Qeyd edək ki, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24.3 milyard və xərcləri isə 25.8 milyard manat məbləğində proqnozlaşdırılır.