SOCAR 2020-ci ildə neft və qaz hasilatının həcmini açıqladı | Eurasia Diary - ednews.net

8 Mart, Bazar ertəsi


SOCAR 2020-ci ildə neft və qaz hasilatının həcmini açıqladı

İqtisadiyyat A- A A+

SOCAR müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,4 milyon ton neft, 7,3 milyard kubmetr qaz hasil edib.

Eurasia Diary xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin “2020-ci il üzrə qazma, hasilat, emal və ixrac göstəriciləri”ndə məlumat verilib. 

Ölkə üzrə ümumi qaz hasilatında artım tendensiyası davam etdirilib. 2019-cu illə müqayisədə Azərbaycanda qaz hasilatı təqribən 4 faiz artaraq 37,1 milyard kubmetrə çatıb.

Neft hasilatında isə azalma müşahidə olunub. İl ərzində Azərbaycanda 34,5 milyon ton xam neft hasil edilib. Neft hasilatında azalma, əsas etibarilə OPEC+ razılaşması nəticəsində tətbiq edilən könüllü məhdudlaşdırma ilə bağlı olub.

2020-ci ildə SOCAR üzrə 56 min metrə yaxın qazma işləri həyata keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...