Keçən il Azərbaycan müdafiə xərclərinə nə qədər vəsait ayırırb? | Eurasia Diary - ednews.net

14 Aprel, Çərşənbə


Keçən il Azərbaycan müdafiə xərclərinə nə qədər vəsait ayırırb?

İqtisadiyyat A- A A+

Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə 2020-ci ilin dövlət büdcəsində təsdiq edilmiş 3787,5 mln. manat müdafiə xərclərinə qarşı (cari xərclər, investisiya qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin cəmi) 4426,8 mln manat vəsait ayrılıb.

Eurasia Diary xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2020-ci il dövlət və icmal büdcəsinin icrasına dair məlumatda əksini tapıb.

Məlumatda qeyd olunub ki, bu da 2019-cu illə müqayisədə 1072,6 mln. manat və ya 36,1 faiz çoxdur.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq dövlət büdcəsindən müdafiə xərclərinə əlavə ayrılmış vəsait hesabına yeni hərbi texnikanın alınması, ön cəbhəyə ezam olunmuş hərbi qulluqçuların və səfərbərliklə hərbi xidmətə çağırılmış zabit və gizir vəzifələrinə təyin edilmiş heyətin əlavə pul təminatı, Silahlı Qüvvələrə səfərbərliklə çağırılmış əsgər vəzifələrinə təyin edilmiş heyətə xidmət etdiyi müddətdə aylıq vəzifə maaşı və ona müəyyən edilmiş aylıq əlavənin ödənilməsi qarşılanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...