"Azeri Light"ın qiyməti 62 dolları keçdi | Eurasia Diary - ednews.net

14 Aprel, Çərşənbə


"Azeri Light"ın qiyməti 62 dolları keçdi

İqtisadiyyat A- A A+

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Eurasia Diary-nin məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,61 ABŞ dolları və ya 1% artaraq 62,3 dollar təşkil edib.

 

Xatırladaq ki, ötən həftə ərzində (1-5 fevral) dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 58,91 dollara bərabər olub. Bu, əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,7 dollar və ya 4,8% çoxdur. Belə ki, ötən həftə ərzində ən yüksək göstərici (V gün) – 60,51 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 56,68 dollar səviyyəsində olub.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...