"Hələ vaxtı çatmayıb" - Vahid Ələkbərovdan gələcəyin proqnozu | Eurasia Diary - ednews.net

14 Aprel, Çərşənbə


"Hələ vaxtı çatmayıb" - Vahid Ələkbərovdan gələcəyin proqnozu

İqtisadiyyat A- A A+

“Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov bəyan edib ki, neft məhsulları müasir dünyanın təməlidir. Onun sözlərinə görə, neftdən imtina etmək vaxtı hələ çatmayıb.

Əslən azərbaycanlı olan milyonçu bu fikirləri şirkətinin sosial şəbəkə hesablarında paylaşılan videomüraciəti zamanı səsləndirib.

“Lukoil” rəhbəri bildirib ki, hazırda neftdən geyim, mebel, dərman, elektronika istehsalında istifadə olunur.

“Neftdən imtina etmək çağırışları mənasızdır. İnanın ki, hələ vaxtı çatmayıb”, - deyə V.Ələkbərov qeyd edib. O, şirkətinin tezliklə müasir dövrün tələblərinə cavab verən yeni inkişaf strategiyasını təqdim edəcəyini də bildirib.

Xatırladaq ki, pandemiya bütün neft şirkətləri kimi, “Lukoil”i də hasilatı azaltmağa vadar edib. Şirkət həmçinin neft məhsullarının emal həcmini də aşağı salıb.

Musavat.com

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...