Buğda ixracına qoyulan rüsumla bağlı qərar qəbul edildi | Eurasia Diary - ednews.net

18 Aprel,


Buğda ixracına qoyulan rüsumla bağlı qərar qəbul edildi

İqtisadiyyat A- A A+

Azərbaycandan ixrac olunan buğdanın 1000 kiloqramına 200 ABŞ dolları gömrük rüsumu tətbiq olunacaq.

Eurasia Diary-nin məlumatına görə, bu, Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərarında əksini tapıb. 

Eyni zamanda Azərbaycandan ixrac olunan buğda ununun da 1000 kiloqramına 200 ABŞ dolları rüsum tətbiq olunacaq.

Bu Qərar 2021-ci il mayın 1-dək qüvvədədir.   

Qeyd edək ki, Azərbaycana idxal edilən buğda gömrük rüsumundan azaddır. Ölkəyə idxal edilən buğda ununa isə 15 faiz idxal gömrük rüsumu tətbiq olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...