“Brent” markalı neftin aprel fyuçersləri Londonun ICE birjasında 1,37 faiz bahalaşaraq bir barelinin qiyməti 65,22 dollar təşkil edib.
Eurasia Diary xəbər verir ki, bu barədə "Bloomberg"in enerji cədvəlində qeyd olunub.
Qeyd edək ki, “Brent” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin yanvarından bu yana ilk dəfə 65 dolları keçib.