Rusiya Azərbaycan və Türkmənistanın birgə layihəsinə qoşulur?

İqtisadiyyat 12:23 19.02.2021

Rusiyanın “Lukoil” şirkəti Xəzər dənizində yerləşən və Azərbaycanla Türkmənistanın birgə çalışacağı “Dostluq” neft-qaz yatağının kəşfiyyatı, işlənməsi və mənimsənilməsi prosesində iştirak etmək niyyətindədir.

Eurasia Diary-nin “Türkmənistan bu gün” agentliyinə istinadən verdiyi məlumata görə, ötən gün Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov “Lukoil”un rəhbəri Vahid Ələkbərovu qəbul edib.

Məlumata görə, görüş zamanı bu yaxınlarda Türkmənistanla Azərbaycan Respublikası arasında “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənməsinə dair imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

Görüş zamanı bu tarixi sənədin imzalanması Xəzərdə enerji sahəsində Türkmənistan-Azərbaycan əməkdaşlığının gücləndirilməsi və inkişafı baxımından mühüm bir hadisə olduğu qeyd olunub.  Bundan əlavə, sözügedən ortaq iş üçün yeni imkanlar açılır və bölgəyə uzunmüddətli əsasda iri xarici investisiyalar cəlb etmək üçün əlavə təşviqlər yaradılır.

“Buna əsasən, biz “Lukoi”un “Dostluq” yatağının işlənməsində iştirak etmək niyyətlərini alqışlayırıq və bu layihənin həyata keçirilməsi üçün konkret investisiya təkliflərini nəzərdən keçirməyə hazırıq”, - deyə Q. Berdiməhəmmədov vurğuladı.

“Lukoil”un təkcə Xəzərin deyil, Baltik dənizinin də şelfində işləmə təcrübəsinin olduğunu qeyd edən V. Ələkbərov Türkmənistan Prezidentinə etimad göstərdiyinə görə təşəkkür edib. O, qarşı tərəfi əmin edib ki, “Lukoil” şirkəti “Dostluq” kimi əhəmiyyətli bir layihənin icrası ilə bağlı bütün vəzifələri uğurla həll etmək üçün səylərini əsirgəməyəcək: “Başlıca, bu işin aydınlığı və səmərəliliyi ilə yanaşı ətraf mühitə də aiddir. Biz bilirik ki, Xəzər kövrək bir sistemə malikdir, buna görə də qabaqcıl və iqtisadi cəhətdən məqsədəuyğun texnologiyalardan maksimum dərəcədə istifadə olunacaq”.

“Lukoil”un rəhbəri bir daha bu layihənin keyfiyyətcə, ekoloji tələblərə uyğun və vaxtında həyata keçirilməsi üçün hər şeyin ediləcəyini vurğulayıb.

Xatırladaq ki, yanvarın 21-ə Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Bu günə qədər Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı bu  yataq Xəzər dənizində iki ölkə arasında sərhəddə yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Aralıq” adlandırılıb. “Dostluq” 1990-cı illərin ortalarından başlayaraq iki ölkə arasında mübahisə predmeti olsa da, uzun illərin danışıqlarının nəticəsində tərəflər ortaq məxrəcə gəlməyə nail olmağı bacarıb.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
Hamısı