Dövlət resursları ilə bağlı problem həll olundu - Daha çökməyəcək | Eurasia Diary - ednews.net

14 May, Cümə


Dövlət resursları ilə bağlı problem həll olundu - Daha çökməyəcək

İqtisadiyyat A- A A+

Xəbər verirldiyi kimi bu gün Prezident “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Fərman imzalayıb.

Eurasia Diary Bizim.Media-ya istinadən xəbər verir ki, məsələni “Facebook” hesabında şərh edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz uzun müddətdən bəri bu sahədə ciddi problemin olduğunu qeyd edib: 

“Prezidentin bu fərmanı ilə böyük büdcə vəsaitləri xərcləməklə hazırlanan dövlət resurslarının bir anda çökməsinin qarşısı alınacaq.

Dəfələrlə şahidi olmuşuq ki, müxtəlif dövlət qurumlarına məxsus, külli miqdarda büdcə vəsaiti hesabına hazırlanan dövlət məlumat bazaları və informasiya sistemləri bir anda çökür və qarşıya qoyulan vəzifələri yerinə yetirə bilmirdi.

Sözügedən fərmana görə artıq dövlətin, cəmiyyətin və vətəndaşların maraqları baxımından vacib hesab edilən məsələlərin həlli məqsədilə yaradılan dövlət resurslarının siyahısı müəyyən olunacaq və onlara qarşı sərt tələblər hazırlanacaq.

Güman etmək olar ki, indiyədk mövcud olan sistemlər DTX və ya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən audit olunaraq icrasi məcburi olan tələblər irəli sürüləcək. Yeni yaradılmalı olan dövlət informasiya sistemləri isə qabaqcadan bəlli qaydalara əməl etməli olacaqlar”.

Ekspert xatırladıb ki, indiyədək strateji dövlət resurslarının auditi məsələsi könüllü idi:

“Fərmanın icrasına nəzarəti, zəruri tənzimləyici sənədlərin, o cümlədən kritik informasiya infrastrukturuna hansı dövlət qurumlarının informasiya resurslarının daxil ediləcəyini Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti müəyyən edəcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...