Hazırkı səviyyədə hasilat davam etsə, Rusiyada 59 illik neft ehtiyatları, 103 illik qaz ehtiyatları var.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya təbii resurslar və ekologiya naziri Aleksandr Kozlov deyib.
Onun sözlərinə görə, ehtiyatlar çətin keçilən ərazilərdə geoloji kəşfiyyat aparılacağı halda arta bilər.