"Avrasiya-Kredit" kənar audit hesabatını təqdim edib.
Eurasia Diary xəbər verir ki, bank olmayan kredit təşkilatı Avrasiya-Kredit MMC-nin 2020-ci maliyyə ilinin nəticələri kənar audit yoxlaması zamanı qənaətbəxş hesab olunub.
Belə ki, il ərzində təşkilatın illər üzrə kumilyativ xalis mənfəəti 213.142 AZN olmuş, 42.628 AZN məbləğ mənfəət vergisi xərc maddəsi üzrə sərf edilib.
Təşkilatın 2020-ci il üzrə əmək haqqı xərcləri 262.905 AZN, DSMF ayırmaları 45.186 AZN, mühafizə, peşəkar xidmətlər, sığorta, rabitə, nəqliyyat xərcləri və s. olub.
Ümumilikdə təşkilat bu il də müharibədən zərərçəkmiş ərazilərdə fəaliyyətini uğurla davam etdirmiş, mikrokreditlər vasitəsi ilə əhalinin təsərrüfat sahələrinin inkişafına və ən zəruri istehlak ehtiyaclarının qarşılanmasına dəstək göstərmişdir. BOKT bu vaxtadək xarici valyutada mikrokreditlər təqdim etməmişdir. BOKT-nin Tərtər və Füzuli rayonlarında ofisləri fəaliyyət göstərir.
Müştərilərinin 42% hissəsini məcburi köçkünlər, 8 % hissəsini isə minadanzərərçəkənlər və digər kateqoriya əlilliyi olan şəxslər təşkil edib.
BOKT Avrasiya-Kredit MMC-nin 2020-ci maliyyə ilinə dair hesabatını təqdim edirik: