Üşüyən Avropa Rusiyanın ağuşuna sığınır Avropada qaz böhranı

İqtisadiyyat 14:15 08.10.2021

Avropada artan qaz böhranı qış mövsümünün yetişməsi ilə əlaqədar bir çox ölkələri çıxılmaz vəziyyətə salıb. Bu fonda əvvəlindən etibarən bəzi qaz ehtiyatlarının qiymətinin dəfələrlə artması müşahidə edilib. Məsələn, Avropanın özəyi olan Hollandiya topdansatış qazın qiymətini bir neçə saat ərzində 30% qaldırıb. Bunun həmçinin yeni Rusiya-Almaniya qaz kəmərinin açılması ilə bağlı mübahisələr fonunda baş verdiyi deyilir. 

Hazırda qışın soyuğunu erkən hiss edən və əli hər yerdən üzülən Avropa İttifaqı ölkələri son ümidini Rusiyadan gələn qaza dikib. Bu gedişlə Rusiya artıq Aİ-nin ən böyük qaz təchizatçısına çevrilir və bəziləri Şimal axını 2 boru kəmərinin açılması ilə Avropanın bir çox mənada Rusiyadan kəskin asılı vəziyyətə düşəcəyini iddia edirlər. 

Hələ 2014-cü ildə Krım böhranı zamanı Qərb Rusiyaya sanksiyalar tətbiq edərkən, Rusiyanın Ukraynadan qaz nəqlini dayandırması Avropanı şoka salmışdı. 2014-cü ildə Rusiyanın qaz şantajı ilə üzləşən Avropanın rus qazından asılılığına son qoymaq çağırışları daha yüksəkdən eşidilməyə başladı. Və bu yöndə müəyyən addımlar da atıldı. Amma görünən öldür ki, bu addımlar kifayət deyil.

Bu gün Moskva 27 ölkədən ibarət Avropa İttifaqının təbii qaz ehtiyaclarının 43% -ni təmin edə bilir. Digər tərəfdən Rusiya tərəfi də bildirir ki, Şimal axını 2 boru kəməri işə salındıqca həmin rəqəm bir qədər də arta bilər. 

ŞA2 layihəsinə hər zaman soyuq yanaşan ABŞ və Avropadakı bəzi qüvvələrin “Rusiya bir gün bu asılılıqdan bir silah kimi istifadə edəcək” deməsinə baxmayaraq problem davam edir. Avropa ölkələri “Qazprom Ukrayna”dan Avropaya yetərli qaz tranzitini təmin edə bilməsə də, Rusiya daha çox ŞA2 layihəsinə güc verməklə Avropaya güvənli bir qaz təchizatçısı olacağını nümayiş etdirməyə çalışır.  

Bəzi Qərb analitikləri hesab edir ki, Kreml onun üçün həyati əhəmiyyət kəsb edən ŞA2-nin Rusiyadan Almaniyaya təbii qaz tədarükünü iki qata çatdırmaqla Avropa xalqlarını parçalaya bilər. Və hətta bu gün Avropanın bir çox siyasi blokları ilə ABŞ arasında toqquşma belə müşahidə olunmağa başlayıb. Eyni zamanda bu boru kəməri Rusiyanın qəzəb dairəsi olan Ukraynadan yan keçəcək ölkəyə tranzit dəyəri təxminən 1 milyard avro (0.85 milyard funt) təşkil edən itki ilə nəticələnəcəyi qaçılmazdır.

Beləliklə bir güllə ilə iki dovşan vurmağa çalışan Rusiya, Avropa üzərində özünü nüfuz sahibi kimi hiss etməklə yanaşı, ŞA2 -nin ikinci mərhələsini sürətləndirmək üçün qaz təchizatını bir vasitə olaraq istifadə etməyə çalışa bilər. 

Bu haqda Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol da bu yaxında oxşar açıqlama vermişdi. O qeyd etmişdi ki, Rusiya istərsə Avropanın bütün enerji böhranı ilə tək başına mübarizə apara bilər. Agentlik həmçinin bildirib ki, Rusiya Avropaya qaz tədarükü bundan sonra 15% artırmaq qabiliyyətinə malikdir.

Digər bir açıqlama Serbiya Prezidenti Aleksandar Vuçiçdən gəlib. O, Kremli kəskin qıcıqlandıran açıqlamasında Vladimir Putini enerji bazarında "kral istehsalçı" kimi xarakterizə edib. Buna cavab olaraq isə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Vuçiçin bu açıqlamasını sadəcə bir provokativ iddia adlandırıb. 

Maraqlıdır ki, Almaniya Kansleri Angela Merkel Rusiyaya tərəfkeşkil edərək bu iddianı təkzib edib. O, qiymətlərin artımında Rusiyanın maraqlı olmadığını və bu sahədə dəstəyin təmin olacağını açıqlayıb. Və nəhayət soyuğun sərtliyindən Rusiyanın isti qoynuna sığınmağa çalışan Avropa belə bir təşəbbüs etməklə öz tərəfini nümayiş etdirmiş olur. 

Elnur Ənvəroğlu

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Hamısı