Azərbaycan və Pakistan 20 adda məhsulu imtiyazlı şəkildə idxal-ixrac edəcək - ednews.net

6 Dekabr, Bazar ertəsi

Azərbaycan və Pakistan 20 adda məhsulu imtiyazlı şəkildə idxal-ixrac edəcək

İqtisadiyyat A- A A+

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatası arasında memorandum imzalanıb.

EDNews.net bu barədə "Report"-a istinadən xəbər istinadən xəbər verir.

Məlumata görə, sənəd ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına dəstək, birgə fəaliyyət üçün sahələrin seçilməsi, layihələrin müəyyənləşdirilməsi və s. məsələləri əhatə edir.

Memorandumu ASK-nın prezidenti Məmməd Musayev və Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının prezidenti Xürrəm Bhatti imzalayıb.

İmzalanma mərasimində qeyd olunub ki, bu saziş ölkələrimiz arasında sahibkarların əməkdaşlıq əlaqələrini yeni müstəviyə çıxaracaq. Qarşılıqlı ticarət əlaqələrinin artırılması üçün görülən işlər barədə qısa müzakirələr aparılıb. X.Bhatti bildirib ki, Pakistanla Azərbaycan arasında 20 adda məhsulun imtiyazlı şəkildə ixrac-idxalı ilə bağlı sənəd hazırlanır və həmin məhsulların müəyyənləşdirilməsində ASK da öz təkliflərini verə bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...