Bitkoinin bu günə olan qiyməti ən yüksək həddə, 39.460 ABŞ dollara çatıb.
Ednews xarici mənbəyə istinadən xəbər verir ki, hal-hazırda kriptovalyutanın dəyəri 1.84% azalaraq 39.210 ABŞ dollara enib.
Qeyd edək ki, Bitkoin 38.860 ABŞ dollarla günə başlayıb.
Xatırladaq ki, kriptovalyuta bazarında hər an qiymətlər dəyişir.
Aysel Bədəlova