Yaponiya hökuməti Rusiya oliqarxlarının ölkə banklarındakı hesablarının dondurulması ilə bağlı qərar qəbul edib.
Ednews TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kisida martın 3-də bildirib.
“Bu gün biz rusiyalı “dzaybasu” (“pul klanı”- TASS) oliqarxlarının bank hesablarının dondurulması barədə qərar qəbul etmişik”, -deyə nazir bildirib.
O əlavə edib ki, Yaponiya, Avropa İttifaqı və ABŞ-ın maliyyə sanksiyaları, o cümlədən Rusiya banklarının beynəlxalq banklararası ödəmə sistemi SWIFT-dən çıxarılması vacib addımdır: “Bu, Rusiyanın beynəlxalq ödəmə sistemi və dünya iqtisadiyyatından təcrid olunmasıdır”.