Dünyanın ən böyük kriptovalyutası olan bitkoinin qiyməti bu il ilk dəfə 105 min dolları ötüb.
“EDnews ” xəbər verir ki, Bakı vaxtı ilə saat 05:05-ə olan məlumata görə, bitkoinin qiyməti 0,34% artaraq 105 032 min dollar olub.
İkinci yerdə qərarlaşan “Ethereum” kriptovalyutası 7,93 faiz bahalaşıb. Hazırda onun qiyməti 2,523 dollardır.
Müsbət dinamikaya ABŞ və Çin arasında ticarət məsələləri üzrə danışıqların konstruktiv məcrada keçməsi ilə bağlı xəbərlər səbəb olub.
Fatimə Mərdanlı //EDnews