Bu şəxslər vergilərdən azad olunacaq - ednews.net

6 İyul, Çərşənbə

(+994 50) 229-39-11

Bu şəxslər vergilərdən azad olunacaq

İqtisadiyyat A- A A+

"Ələt azad iqtisadi zonası haqqında" Qanunda dəyişiklik edilir.

Ednews xəbər verir ki, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.

Komitə sədri Tahir Mirkişili bildirib ki, Ələt azad iqtisadi zonasında bir çox məsələlərin tənzimlənməsi ilə bağlı daha geniş baxışa ehtiyac var.

"Qanun layihəsi bir çox məsələlərdə dəyişiklik edilməsini nəzərdə tutaraq azad zonanın fəaliyyətinin təkmilləşməsinə şərait yaradacaq. Həmçinin yerli sahibkarların rəqabətqabiliyyətliliyinin artmasına yardımçı olaraq onları daha əlverişli iqtisadi mühitlə təmin edəcək. Belə ki, bir neçə dəyişikliyi özündə ehtiva edən qanun layihəsi, azad zonada vergi tənzimlənməsi məsələsində də yeni mexanizmlər tətbiq edir. Bu fundamental dəyişikliklərdən biri də daxili qaydalarla müəyyən edilən hallarda və azad zonada fəaliyyət göstərən hüquqi şəxslərin bütün vergilərdən azad olmasıdır. Dəyişikliyə görə, artıq iqtisadiyyatın əsas vergiödəyiciləri azad zonaya satdıqları mallara görə ƏDV, göstərdikləri xidmətlərə görə isə ödəmə mənbəyində vergitutmadan azad olacaqlar", - komitə sədri dəyişiklik layihəsini şərh edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...