“Dövlət Sosial Müdafiə Fondunun xərclərində proqnozlaşdırılan artım əsasən əhaliyə ödənişlər üzrə xərclərdə olacaq. Bu da ilkin təsdiq edilmiş məbləğdən 298,2 milyon manat, yaxud 5,8% çox olacaq”.
Ednews xəbər verir ki, bu fikirləri Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında səsləndirib.
Belə ki, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihəni təqdim edən deputat əlavə edib ki, artımı nəzərdə tutulan vəsait Prezidentin əmək pensiyaçılarının müavinətlərinin artırılması ilə bağlı müvafiq sərəncamlarının icrasına uyğun olaraq pensiyaçılara ödənilən maddi yardımın ödənilməsinə yönləndiriləcək:
“Xərclərin artımın digər istiqaməti DOST xidmətinin xərclərinin maliyyələşdirilməsinə, bank əməliyyatlarının aparılmasına və digər xidmət haqqlarının ödənilməsinə yönəldiləcək”.