“Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişikliklər edilib.
Ednews xəbər verir ki, “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
Layihə səs çoxluğu ilə qəbul olunub.
Qanun layihəsindəki dəyişikliklərə əsasən, DSMF-nin gəlir və xərclərinin artırılması nəzərdə tutulur.