2022-ci ilin avqustunda Ağdam sənaye parkının rezidentləri zəruri infrastrukturun tikintisinə başlamağı planlaşdırır.
Ednews xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, hazırda rezidentlərin torpaq sahələri ilə, zəruri infrastrukturla təmin olunması işləri, eləcə də obyektlərin tikintisinə hazırlıqlar aparılır.
"Sənaye parkının ərazisində torpağın düzləşdirilməsi üzrə işlər başlayıb. Avqust ayından tikinti işlərinə başlamaq nəzərdə tutulur.