Azərbaycan dünya neft bazarının sabitləşdirilməsində səmərəli və təsirli tənzimləmə mexanizminə malik “OPEC+”un fəaliyyətini hər zaman dəstəkləyir.
Ednews xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov öz "Twitter" hesabında paylaşım edib.
Qeyd olunur ki, neftin fyuçers qiymətlərinin tələb-təklif balansına əsaslanmadan formalaşması tendensiyası yüksək volatillik və neft bazarında likvidliyin azalması, qeyri-sabitliklə nəticələnir.
Bu, geosiyasi faktorlarla dərinləşən qlobal enerji böhranı dövründə neft bazarının iştirakçıları üçün arzuolunmaz vəziyyətdir.
“Səudiyyəli həmkarım, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun bu xüsusda narahatlığını bölüşür, yüksək volatillikdən əziyyət çəkən neft bazarı üçün nəticələri minimuma endirmək məqsədilə “OPEC+” çərçivəsində gələcək təşəbbüslərlə bağlı həmrəyliyimi bildirirəm”, - paylaşımda bildirilib.