“Qazprom” şirkəti İtaliyaya qaz tədarükünü bərpa edib - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

“Qazprom” şirkəti İtaliyaya qaz tədarükünü bərpa edib

İqtisadiyyat A- A A+

Rusiyanın “Qazprom” şirkəti İtaliyanın “Eni” şirkəti ilə birlikdə sentyabrın sonunda Avstriyada baş vermiş tənzimləmə dəyişiklikləri kontekstində qarşılıqlı fəaliyyət formatı ilə bağlı həll yolu tapdığını bildirib.

Ednews xəbər verir ki, bu, Rusiya qazının Avstriya vasitəsilə İtaliyaya nəqlinə mane olan əsas amil idi.

“Avstriyanı təmsil edən operator Rusiya qazının bu ölkənin ərazisindən nəqlini bərpa etməyə imkan verən “Qazprom Export” şirkətinin tədarük nominasiyalarını təsdiqləməyə hazır olduğunu açıqlayıb”, - “Qazprom”un bəyanatında deyilir.

Xatırladaq ki, oktyabrın 1-də "Qazprom" Avstriya ərazisindən keçməklə İtaliyaya qaz tədarükünün mümkün olmadığını açıqlamışdı.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...