Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb. BVF 2022-ci ildə Azərbaycanın real ümumdaxili məhsulunun (ÜDM) 3,7% artacağını proqnozlaşdırıb.
Ednews xəbər verir ki, bu barədə BFV-nin "Dünya İqtisadi Baxış" hesabatının oktyabr sayında bildirilib.
Fondun proqnozuna görə, 2023-2027-ci illərdə Azərbaycanda real ÜDM-in artımı 2,5% təşkil edəcək.