“Qiymətlər daha da bahalaşacaq" Ekspertlərdən MÜNASİBƏT

İqtisadiyyat 13:18 02.11.2022

Gündəlik tələbat mallarından olan duru yağların qiymətində artım var. Müşahidələr göstərir ki, bu yağların qiyməti iki ay əvvəllə müqayisədə xeyli artıb.

Bitki yağlarının qiymətində iki dəfə artım varsa məhsulun keyfiyyətində hər hansı dəyişikliklər olubmu?     

Ednews məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib:

Qida eksperti Ağa Salamov açıqlamasında bildirdi ki, qiymət artımı işbazların işidir. Bu gedişlə 2023-cü ildə bütün qida məhsullarında qiymət artımı olacaq.

“Məsələ burdadır ki, məhsulun qiymətində fərq olsa da keyfiyyətində heç bir fərq yoxdur. Çünki bu məhsulun kimyəvi tərkibi eynidir. İstər günəbaxan yağının, istərsə də qarğıdalı yağının tərkibində heç bir dəyişiklik yoxdur. Məgər günəbaxan yaxud qarğıdalının markası var ki, onun qiymətini qaldırırlar? Qida keyfiyyəti standartlarına cavab verən yağlar var. Bəziləri qiymət artımını məhsulun tərkibinə keyfiyyətin artması üçün hər hansı qatqının olması ilə əlaqələndirir. Yanlış bir qərardır. Dünyada baş verən böhranla bağlıdır. Təəssüf ki, indi işbazlar dünya böhranını fürsət bilib absurd şəkildə qiymət artırırlar”.

Ekspertin sözlərinə görə, dövlət bu sahədə ciddi tədbir görməlidir. 

“Düşünürəm ki, dövlət sektoru işbazların müəssisələrində audit keçirilməlidir. Mağazalarda 60 faizə kimi artan qiymətlər var. Bu birbaşa dövlətin bünövrəsinə ziyan vurmaqdır”.  

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli qeyd etdi ki, bitki yağları istehsal baxımından Azərbaycanda özünü doğrulda bilmir.

“Bitki yağı məhsulları əsasən ölkəyə xarici ölkələrdən  gətirilir. Buna başlıca səbəb kimi Ukrayna-Rusiya müharibəsi də ciddi təsir edir. Logistika sahəsində də çətinliklər olduğu üçün bu dolayısıyla məhsullara da təsir edir. Əkin sahələrində olan çatışmazlıqlar da  problemlər yaradır. Qarğıdalı, günəbaxan kimi bitkilər suya ehtiyacı olan bitkilərdir. Bununla bağlı ərazi məhdudiyyəti də var. İşğaldan azad olunan Qarabağ torpaqları bu kimi bitkilərin yetişdiriləməsində uyğun ərazilərdir”. 

İqtisadçı Elçin Rəşidov isə düşünür ki, dünya bazarında bitki yağlarının qiyməti artırsa, ölkədə də yağların qiymətində artım olmalıdır.

“İqtisadiyyatda bitki yağları ticari mallar kateqoriysına daxildir. Bu kimi məhsullar beynəlxalq ticarətdə  istər xammal formasında, istərsə də hazır məhsul formasında müxtəlif ölkələrə çox rahat şəkildə idxal və ixrac oluna bilir. Onların istifadə müddəti də uzundur. Daşınmaları da rahat şəkildə həyata keçirilir. Bu səbəbdən bitki yağlarının qiyməti ölkə daxilində deyil, dünya bazarında müəyyən olunur. Ona görə də duru yağların bir hissəsinin ölkədə istehsal olması qiyməti dəyişmir. Dünya bazarında bitki yağların qiyməti artırsa ölkədə də yağların qiymətində artım olmalıdır. Belə olduqda yerli istehsalçı da bu məhsulu dünya bazarı qiyməti ilə uyğunlaşdıracaq. Bu iqtisadiyyatın bir qanunudur. Alternativ olaraq,  biz onu dünya bazarına idxal edə bilirik. Bu da daxili bazarda qiymətini müəyyən edir. Bir istehsalçı da  bütün yerli istehlakı ödəmədiyindən ölkəyə idxal olan bitki yağlarına əsasən qiymət təyin edir. Bəzi adamlar deyir ki, bitki yağlarının xammalı xaricdən gətirilir, amma bunun qiymətin artımına heç bir dəxlisi yoxdur. Yəni dünya bazarında qiymət artırsa yerli istehlakçı da öz məhsulunun qiymətini artıracaq.  İstehlakçı bazarda olmaq istəyirsə bunun başqa yolu yoxdur”. 

Ekspert süni qiymət artımlarının istehsalçılara təzyiqlərindən də danışdı:

“bəzən süni qiymət artımı deyib istehsalçılara təzyiqlər də ola bilər. Amma nəzərə almaq lazımdır ki , idxalçı ilə istehsalçı həmişə rəqabətdədir. Buna görə də ölkə daxilindəki qiymət dünya bazarındakı qiymətlə uzlaşmalıdır”.

Ayan Rzayeva

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq - RƏSMİ
11:20 13.05.2024
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
11:15 13.05.2024
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
11:00 13.05.2024
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
10:52 13.05.2024
Azərbaycanda külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib
10:50 13.05.2024
Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib
10:47 13.05.2024
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
10:40 13.05.2024
Tayland marixuananı yenidən qadağan edir
Tayland marixuananı yenidən qadağan edir
10:30 13.05.2024
Akademik: İşğal dövründə 20-dən çox seysmoloji stansiya dağıdılıb
10:20 13.05.2024
Sumqayıtda qadının sürdüyü təlim maşını YANDI
10:07 13.05.2024
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
"Biz müharibəyə hazırıq" - Böyük Britaniya MN
10:06 13.05.2024
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
Neftin qiyməti kəskin azalacaq - PROQNOZ
09:50 13.05.2024
Bakıda ICESCO-nun Konfransı işə başladı - 40-dan çox xarici nümayəndə qatılıb
09:42 13.05.2024
Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA
09:40 13.05.2024
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
Bolqarıstan kralı I Ferdinand 36 ildən sonra ölkəsinə qayıdır
09:35 13.05.2024
Rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ
09:28 13.05.2024
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO
09:24 13.05.2024
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
ABŞ sanksiyalar siyahısına daha 37 şirkəti əlavə edib
09:15 13.05.2024
Bakıda bu gün temperatur enəcək
09:09 13.05.2024
“Xarıbülbül” festivalı bu gün Laçında başa çatacaq - VİDEO
09:00 13.05.2024
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Nigerlə Benin arasında neft qalmaqalı yaşanır
21:20 12.05.2024
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
21:00 12.05.2024
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
20:45 12.05.2024
Şuşada 23 rəssamın əsərləri nümayiş olunur
20:30 12.05.2024
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
20:20 12.05.2024
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
20:00 12.05.2024
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub
19:40 12.05.2024
Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
19:20 12.05.2024
NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
Hamısı