Türkiyə və İsveç ikitərəfli əlaqələri genişləndirmək və ticarət dövriyyəsinin yaxın zamanda 5 milyard dollara çatdırmaq barədə razılığa gəliblər.
Ednews Daily Sabah-a istinadən xəbər verir ki, bir neçə həftə əvvəl İsveçin baş nazir postuna yiyələnən Ulf Kristerson Türkiyəyə iki günlük səfəri başa çatıb. O, noyabrın 8-də axşam saatlarında Türkiyə Prezidentinin iqamətgahında keçirilən danışıqlardan sonra Rəcəb Tayyib Ərdoğanla görüşüb. Eyni zamanda birgə mətbuat konfransı da keçirilib.
Mətbuat konfransında İsveçin baş naziri qeyd edib ki, Stokholom Türkiyə ilə bütün sahələrdə ikitərəfli əlaqələri daha da inkişaf etdirməyə hazırdır.
Türkiyə-İsveç münasibətlərində böyük bir potensialın olduğunu vurğulayan Kristersonun sözlərinə görə, iki ölkə ticarət və turizm sahələrində birgə nailiyyətlə əldə edə bilər.
Baş nazir, həmçinin hər iki xalq arasında dostluq əlaqələrin tarixə gedib çıxdığını, NATO-ya qəbul olunduğu halda Türkiyənin sadiq müttəfiqi olacağını vurğulayıb.
Yunis Abdullayev