Bakı Limanının 2-ci fazasının texniki əsaslandırılması bu il yekunlaşacaq - ednews.net

28 Noyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Bakı Limanının 2-ci fazasının texniki əsaslandırılması bu il yekunlaşacaq

İqtisadiyyat A- A A+
Bakı Limanının ikinci fazasının tikintisi üçün texniki-iqtisadi əsaslandırma işlərinin bu ilin sonuna və ya gələn ilin əvvəlinə bitməsi gözlənilir.
 
Ednews xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli jurnalistlərə açıqlamasında deyib.
 
O, qeyd edib ki, texniki əsaslandırma hesabına Bakı Limanı üçün tələb olunan körpülərin sayı müəyyənləşəcək: 
 
"Texniki-iqtisadi əsaslandırma hazır olduqdan sonra tikinti planı, dizaynı hazırlanacaq. İlkin layihəyəyə əsasən limanın tikintisinin ikinci fazasının yekunlaşdırılması ilə limanın illik yükaşırma gücü 500 000 TEU konteyner də daxil olmaqla 25 milyon tona qədər artırılacaq".
 
Xatırladaq ki, Bakı Limanının inşasının birinci mərhələsi 2018-ci ildə yekunlaşıb və bununla da limanın yükaşırma həcmi 100 000 TEU konteynerdə daxil olmaqla illik 15 milyon ton təşkil edib.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...