İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Hacıqabul Sənaye Məhəlləsində 3 yeni sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 13-ə çatıb.
Ednews xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında bildirilib.
"Ümumi investisiya həcmi 6 milyon manatdan çox olan 3 müəssisədə ("Absheron Trending" MMC, "AR Metiz" MMC və "LV Shipping Caspian" MMC) 115 iş yeri yaradılacaq"- deyə M.Cabbarov əlavə edib.